Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Fransanın keçmiş baş naziri içərisində güllə olan təhdid məktubu aldı
Fransanın keçmiş baş naziri (2017-2020-ci illər) və 2027-ci il prezident seçkisində iştirak üçün potensial namizəd Eduar Filipp təhdid məktubu və içərisində güllə olan zərf alıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Ouest-France" qəzeti məlumat yayıb.
Qeyd olunur ki, zərf Havr meriyasına göndərilib. Filipp baş nazir postunu tərk etdikdən sonra bu meriyaya rəhbərlik edir. Eyni zamanda, qəzetin iddiasına görə, güllə "istifadə edilmiş"dir.
Polis məktubu göndərənin şəxsiyyətini və məqsədlərini müəyyən etmək üçün təhqiqata başlayıb.
"Fransa" teqi üzrə xəbərlər
- İran nüvə böhranının həlli üçün ilk addımı atmağa hazırdır
- Avropada ən çox dövlət borcu olan ölkələr hansılardır?
- Böyük Britaniya və Ukraynanın XİN rəhbərlərinin görüşü təxirə salınıb
- Fransa və Britaniya Ukraynanın öz ərazilərinin bir hissəsinin itirilməsini tanımasına hazırdır
- Makron parlamenti buraxmaq fikrinə düşüb
Ən çox oxunanlar