Rusiya Federasiyasının Təhlükəsilik Şurasının katibi Nikolay Patruşev 11-12 may tarixində Azərbaycana səfər edəcək.
Oxu.Az RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Patruşevin mətbuat xidməti məlumat verib.
“Patruşev Azərbaycanın Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, milli təhlükəsizlik naziri Eldar Mahmudovla görüşəcək. Görüşlərdə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunacaq”, məlumatda qeyd olunub.
Bununla yanaşı, Patruşev Bakıda yaşayan Böyük Vətən Müharibəsi veteranları ilə görüşməyi də planlaşdırır.