Rusiya Dağlıq Qarabağ münaqişəsinin mərhələli və sülh yolu ilə həllinin tərəfdarıdır.
Oxu.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ermənistanlı həmkarı Armen Qriqoryanla görüşündə deyib.
Rusiya TŞ-nın yaydığı bəyanatda da bildirilir ki, “Görüşdə regionda sabitliyin tərəfdarı olan Rusiyanın Dağlıq Qarabağ probleminin bütün tərəflərin maraqları nəzərə alınmaqla sülh yolu və mərhələli həllinə dair mövqeyi bir daha təsdiqlənib”.