Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Peskov: "Aktaudakı təyyarə qəzasının səbəbləri ilə bağlı fərziyyələr qurmaq düzgün deyil"
"Hazırda, istintaqın getdiyi bir vaxtda Aktau yaxınlığında təyyarə qəzasının səbəbləri ilə bağlı fərziyyələr qurmaq düzgün deyil".
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə çıxışı zamanı deyib.
"Hazırda istintaq gedir, istənilən aviasiya hadisəsi xüsusi aviasiya orqanları tərəfindən araşdırılmalıdır. Bu təhqiqatın bitməsini gözləmək lazımdır", - deyə Kreml nümayəndəsi bildirib.
"İstintaqın nəticələrindən əvvəl hər hansı bir fərziyyə qurmaq düzgün olmazdı və biz, əlbəttə ki, bunu edə bilmərik və heç kim də bunu etməməlidir", - deyə o qeyd edib.
"Dmitri Peskov" teqi üzrə xəbərlər
- Kreml Zelenskinin itirilmiş ərazilər haqqında bəyanatını şərh etdi
- Rusiya Ukraynadakı münaqişənin həllini 2026-cı ilə qədər rədd edir? - Peskovdan AÇIQLAMA
- Peskovdan Ukraynada 30 günlük atəşkəs ilə bağlı bəyanata reaksiya
- Kreml İstanbul razılaşmalarını Ukrayna üzrə danışıqlar üçün baza hesab edir
- Putin və Trampın tarixi görüşü ABŞ-də baş tuta bilər: Yeni DETALLAR