Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Polineziya nümayəndəsi: “Fransanın müstəmləkə siyasətinin nəticələri ilə mübarizəni davam etdiririk”
“Polineziya Fransanın müstəmləkə siyasətinin nəticələri ilə mübarizəni hələ də davam etdirir”.
“Report” xəbər verir ki, bunu Fransa Polineziyasının BMT-dəki nümayəndəsi Karlayl Korbin noyabrın 21-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə həyata keçirilən “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı” mövzusunda konfransda deyib.
“1844-cü ildən 1846-cı ilə qədər fransız müstəmləkəçiləri ilə müharibə davam edib. Sonra Fransa bu adaları zəbt edərək, öz hüquqlarını müəyyənləşdirib”, - deyə o bildirib.
K.Korbin qeyd edib ki, Polineziya xalqı da Fransanın nüvə sınaqlarından ciddi ziyan çəkib:
“Bu, nəsillər boyu davam edib. Nəticələr həm Polineziya xalqına, həm də ətraf mühitə təsir edib”.
"BMT" teqi üzrə xəbərlər
- Leyla Əliyeva Keniya prezidenti ilə görüşüb
- Azərbaycanın D8-ə üzvlüyü: Yeni dünyanın qurulmasına qatılmaq üçün etimad
- Əli Əsədov: "Azərbaycan Qəzza sakinləri ilə həmrəyliyini ifadə edir"
- Tarixin ikinci Nürnberq prosesi Bakıda olacaq: "Hərbi cinayətkarlar layiqli cəzalarını çəkəcəklər"
- 2024-cü ilin iqtisadi yekunları, 2025-ci ilə olan ümidlər