Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Polşanın baş naziri dövlət çevrilişi təşkil etməkdə şübhəli bilinir
Polşanın Baş naziri Donald Tusk və ölkənin digər yüksək vəzifəli məmurları dövlət çevrilişi təşkil etməkdə şübhəli bilinirlər.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Polşa Konstitusiya Məhkəməsinin sədri Boqdan Svençovski məlumat yayıb.
Məhkəmənin sədri qeyd edib ki, baş nazir də daxil olmaqla, bir neçə nazir, həmçinin Polşa Seymi və Senatın spikerləri, habelə bir sıra hakimlərə, prokurorlara və digər şəxslərə qarşı dövlət çevrilişi cinayətinin törədilməsində hüquqi şübhənin olması barədə 60 səhifəlik bildirişə imza atıblar.
Hadisəyə Polşa Prezidenti Andjey Duda da münasibət bildirib.
"Biz bu gün icra hakimiyyətində çalışan müxtəlif şəxslər tərəfindən kobud qanun pozuntularına yol verildiyini müşahidə edirik", - deyə Andjey Duda vurğulayıb.
"Polşa" teqi üzrə xəbərlər
- "Kəs səsini, kiçik adam!": Mask və Rubio Polşa XİN rəhbəri ilə mübahisə etdilər
- Polşa "gürcü bandaları"nı deportasiya etməyə başlayıb
- Polşa XİN: "ABŞ Ukraynaya yardımı dayandırmaq qərarını müttəfiqlərlə məsləhətləşmədən qəbul edib"
- Renat Dadaşov yeni komandasının ən bahalı futbolçusu oldu
- Renat Dadaşovun "Radomyak"ı seçməsinin səbəbi bəlli olub – Almaniyaya getmək istəyir