Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

İki qurumdan plastik cərrahların lisenziyası ilə bağlı birgə MƏLUMAT
Azərbaycanda praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının yoxlanılmasına başlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Səhiyyə Nazirliyinin yaydığı birgə müraciətdə qeyd olunub.
Müraciətdə bildirilir ki, son günlər müxtəlif media vasitələrində ölkədə ayrı-ayrı plastik cərrahların praktik tibb fəaliyyəti ilə məşğul olmasına icazə verən sertifikasiya şəhadətnamələrinin ləğv olunması ilə bağlı məlumatlar yayılır.
Məlumata görə, Səhiyyə Nazirliyində yaradılan Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası təqdim olunan sənədlərin fərdi qaydada yoxlanılmasını aparır.
"Komissiya işini yekunlaşdırdıqdan sonra qəbul edilən qərar barədə ətraflı məlumat veriləcək. İctimaiyyət üçün həssas olan məsələyə məsuliyyətli yanaşmağı, Komissiyanın işinin nəticələrini gözləməyi tövsiyə edir və bu mövzuya diqqətli yanaşmağa çağırırıq", - müraciətdə qeyd olunub.
Xatırladaq ki, vətəndaşlardan daxil olan çoxsaylı şikayətləri nəzərə alaraq, ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının yoxlanılmasına başlanılıb.

"Tibb müəssisələrinin akkreditasiyası" teqi üzrə xəbərlər
- "Laser Beauty Estetik" klinikasının qalmaqallı filialı fəaliyyətini davam etdirir - ÖZƏL
- Nazirliyin göstərişinə məhəl qoymayan məşhur estetik klinikanın lisenziyası dayandırıldı
- Stomatoloji klinikalarda yoxlama aparılıb: Lisenziyası ləğv edilən var?
- LİSENZİYA müəmması: PLASTİK CƏRRAHLAR qeybə çəkildilər, vəkil məhkəmə ilə hədələyir
- Əməliyyatda canlı yayım açan plastik cərrahın da lisenziyası ləğv edildi