Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Prezident Ağdamda ikinci yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də Ağdam şəhərində 1268 mənzilli 2-ci yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma məlumat verilib ki, ümumi sahəsi 14 hektara yaxın olan yaşayış kompleksi Ağdamın mərkəzi küçəsində, şəhərin təsdiq edilmiş Baş Planına uyğun salınıb. Burada tikilən yaşayış binalarındakı mənzillərdən 114-ü birotaqlı, 464-ü ikiotaqlı, 536-sı üçotaqlı, 154-ü isə dördotaqlıdır.
Ərazisinin böyük bir hissəsi yaşıllıq zonasından ibarət olacaq kompleksdəki binaların inşasında modern memarlıq yanaşmalarından və milli naxış elementlərindən istifadə olunur. Burada idman meydançalarının, istirahət guşələrinin, velosiped dayanacaqlarının və digər zəruri infrastruktur obyektlərinin yaradılması nəzərdə tutulur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də Ağdam şəhərində 1267 mənzilli ikinci yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış olublar.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
"İlham Əliyevin Ağdam səfəri" teqi üzrə xəbərlər
- İlham Əliyev Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanış olub
- İlham Əliyev Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə aparılan tikinti işləri ilə tanış olub
- Prezident Ağdamda körpələr evi-uşaq bağçasında aparılan tikinti işləri ilə tanış olub
- İlham Əliyev "Ağdam Residence" yaşayış kompleksində yaradılan şəraitlə tanış olub
- İlham Əliyev Ağdam Muğam Mərkəzində görülən tikinti işləri ilə tanış olub