Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Prezident: "Avropa Komissiyasının Bakı konfransında iştirak etməməsi çoxsaylı suallar doğurur"
"Bildiyimə görə, bu (COP29), Avropa Komissiyasının Prezidentinin iştirak etmədiyi ilk COP oldu. Halbuki onun iştirakı bir neçə ay əvvəl artıq təsdiq edilmişdi".
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində deyib.
COP29-un təşkilat komitəsinin Avropa Komissiyası ilə təmas qurduğunu və qarşı tərəfə Bakıya səfər etmək üçün kifayət qədər vaxtın olduğunu bildirdiyini söyləyən dövlətimizin başçısı diqqətə çatdırıb: "Ancaq yenə də bu mesaja Avropa Komissiyası tərəfindən əhəmiyyət verilmədi. Əlbəttə bu, COP29-un keçirilməsinə xələl gətirmədi, ancaq COP-a üzv olan tərəf kimi Avropa Komissiyasının iştirak etməməsi çoxsaylı suallar doğurur".

"İlham Əliyev" teqi üzrə xəbərlər
- İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindən videoçarx paylaşıb
- İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
- Prezident İlham Əliyev Rebeka Qrinspanı qəbul edib
- İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının baş direktorunu qəbul edib
- İlham Əliyev Beynəlxalq Enerji Agentliyinin icraçı direktorunu qəbul edib