Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
![Mark Zukerberq "Facebook" və "Instagram"da söz azadlığını bərpa edəcək](https://images.oxu.az/2025/01/07/jKkYST6aJOvvXXmHt1JRjBRvNCftadFPlssCmnsm:1200.webp)
Mark Zukerberq "Facebook" və "Instagram"da söz azadlığını bərpa edəcək
"Meta Platforms"un həmtəsisçisi Mark Zukerberq "Facebook" və "Instagram"da söz azadlığını bərpa edəcək.
Oxu.Az-ın məlumatına görə, o bu barədə öz "Facebook" hesabında paylaşdığı videoda bildirib.
"Biz köklərimizə qayıdacağıq, səhvləri minimuma endirməyə diqqət yetirəcəyik, paylaşım qaydalarını sadələşdirəcəyik və platformalarımızda fikir ifadə etmək azadlığını bərpa edəcəyik. İlk növbədə mövcud fakt yoxlama prosedurunu "X"də olduğu kimi "Community Notes" istifadəçi xidməti ilə əvəz edəcəyik. Bu sistetmin tətbiqinə ABŞ-dən başlayacağıq", - deyə Mark Zukerberq qeyd edib.
"Biz kontent moderasiyası üçün mürəkkəb sistemlər yaratmışıq, lakin hər şey mürəkkəb olanda bu, səhvlərə gətirib çıxarır. Hətta postların 1%-i senzuraya məruz qalsa belə, bu, milyonlarla istifadəçiyə təsir edir. Nəticədə səhvlər və senzura həddindən artıq çox olur", - deyə o bildirib.
![](https://img.youtube.com/vi/igv1V1zSaso/sddefault.jpg)
"Mark Zukerberq" teqi üzrə xəbərlər
- Zukerberq Trampla qonşu olmaq istəyir
- Zukerberqin dekolteyə baxışı, ardınca fotonu bəyənmə: Bukmeykerlər boşanmaya mərclər qəbul edir
- ABŞ tarixində fasilə ilə ən yüksək dövlət vəzifəsini tutan ikinci prezident: Tramp işinə başlayacaq
- Dünyanın altı ən zəngin şəxsi Trampa baş çəkib
- Zukerberq etiraf etdi: Kəşfiyyat orqanları "WhatsApp" mesajlarını izləyir
Rəylər