Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Prezident: "Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir"
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu, əsrlər boyu milli-mədəni rəngarənglik və tolerantlıq mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı etimad və hörmət şəraitində birgə yaşadığı nadir diyarlardan biridir. Biz bütün bunlarla fəxr edir və bu dəyərləri milli sərvət kimi qoruyuruq".
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Milad bayramı münasibətilə Roma Papası Fransiskə ünvanladığı təbrik məktubunda yer alıb.
Dövlətimizin başçısı bildirib ki, Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsi olan xristian icması tərəfindən bu bayramın daim xüsusi coşqu və yüksək əhvali-ruhiyyə ilə qeyd edilməsi ölkəmizdə hökm sürən etnik-mədəni müxtəliflik, zəngin multikulturalizm ənənələrinin bariz təzahürüdür.
"Təsadüfi deyil ki, xalqlararası dostluğun və dinlərarası harmoniyanın, multikulturalizm və tolerantlıq ənənələrinin qorunması Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən olmaqla yanaşı, ilk növbədə, xalqımızın təbii yaşam tərzidir", - deyə Prezident İlham Əliyev məktubunda vurğulayıb.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Efiopiyanın baş naziri Azərbaycan Prezidentini təbrik edib
- Abdelmacid Tebbun İlham Əliyevə təbrik məktubu göndərib
- Prezident İlham Əliyev 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə paylaşım edib
- Alyona Əliyeva Azərbaycanlıların Soyqırımı Günü münasibətilə paylaşım edib
- Prezident İlham Əliyevlə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub