Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Prezident: "Azərbaycan qazının Avropaya nəqlini iki dəfə artırmaq bizim hədəfimizdir"
"Azərbaycan qazının Avropaya nəqlini iki dəfə artırmaq bizim hədəfimizdir və biz bu hədəfə doğru irəliləyirik".
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında söyləyib.
"2021-ci ildə biz Avropaya 8 milyard kubmetr qaz nəql edirdik. Bu il təkcə Avropaya 13 milyard kubmetrə yaxın təbii qaz nəql ediləcək. Ümumi həcm isə 21 milyard kubmetr olacaq. 2027-ci il haqqında danışırıqsa, biz Avropaya ixracı 16 milyard kubmetrə çatdırmalıyıq. Bu resurslar Avropaya mövcud nəqliyyat şəbəkəsi - Cənub Qaz Dəhlizi, həm də onun interkonnektorları vasitəsilə çatdırılacaq", - deyə dövlətimizin başçısı əlavə edib.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Azərbaycan Prezidenti İlham Əliyevin Çinin Sədri Si Cinpin ilə geniş tərkibdə görüşü olub
- Azərbaycan Prezidenti İlham Əliyevin Pekində rəsmi qarşılanma mərasimi olub
- Dünya nizamında yeni mərkəz: Bakı-Pekin marşrutu
- Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasında səfərdədir
- Azərbaycan-Çin münasibətləri: Getdikcə dərinləşən strateji tərəfdaşlıq qlobal əməkdaşlığa çevrilir