Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Prezident: "Beynəlxalq münasibətlərdə Pakistanla bir-birimizə dəstəyi davam etdirəcəyik"
"İki qardaş ölkə olaraq (Azərbaycan və Pakistan - red.) biz beynəlxalq münasibətlərin bütün məsələlərində bir-birimizə dəstəyi davam etdirəcəyik".
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə mətbuata bəyanatında səsləndirib.
"Biz ölkələrimizin suverenliyi və ərazi bütövlüyü məsələsində bir-birimizə qarşılıqlı surətdə dəstək veririk, beynəlxalq təsisatlarda fəal əməkdaşlıq edirik və iştirak etdiyimiz bütün beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəkləyirik", - deyə dövlətimizin başçısı vurğulayıb.
"İlham Əliyev" teqi üzrə xəbərlər
Ən çox oxunanlar