Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azərbaycan Prezidenti: "Pakistan bizim üçün ən yaxın dost və qardaşlardan biridir"
"Pakistan bizim üçün ən yaxın dost və qardaşlardan biridir. Xalqlar arasında əlaqələr də uğurla inkişaf edir".
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə mətbuata bəyanatında söyləyib.
"Azərbaycan Pakistandan müdafiə sənayesinin istehsal etdiyi avadanlığı artıq alıb və biz onun keyfiyyətindən çox razıyıq", - deyən dövlətimizin başçısı bildirib ki, birmənalı olaraq, bu işi davam etdirəcəyik. Eyni zamanda, biz müdafiə sənayesi məhsullarının birgə istehsalı imkanlarını müzakirə etdik və bu, əməkdaşlığımızın digər mühüm sektoru olacaq.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Prezident: "Pakistanla birgə istehsal müəssisələri məsələsi üzərində işləyirik"
- Bakıda Azərbaycan-Pakistan biznes forumu keçirilib
- Deputat: "Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı ilə bəşər tarixində bir vəhşilik aktıdır"
- Şahbaz Şərif: "Azərbaycanla dostluğumuz, siyasi anlaşmamız və vəhdətimiz əfsanəvi olub"
- Prezident: "Beynəlxalq münasibətlərdə Pakistanla bir-birimizə dəstəyi davam etdirəcəyik"