Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Prezident: "Çin ilə tərəfdaşlığımızın genişləndirilməsini arzulayırıq"
"Bildiyiniz kimi, ötən il Çin və Azərbaycan rəsmi olaraq strateji tərəfdaş oldular. Ötən yay mənim Çin Sədri ilə görüşümdən sonra strateji tərəfdaşlıq üzrə müvafiq Bəyannamə qəbul edildi və bu, bizim ikitərəfli əlaqələrdə çox mühüm siyasi addımdır".
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Çinin CGTN telekanalına müsahibəsində səsləndirib.
"Strateji tərəfdaşlıq çox yüksəksəviyyəli qarşılıqlı etimad, əməkdaşlıq deməkdir və biz təkcə Ümumdünya Ticarət Təşkilatına deyil, müxtəlif beynəlxalq təşkilatlara qoşulma məsələsi daxil olmaqla Çin ilə tərəfdaşlığımızın genişləndirilməsini arzulayırıq", - deyə dövlətimizin başçısı vurğulayıb.

"İlham Əliyev" teqi üzrə xəbərlər
- Prezident: "ABŞ ilə güclü tərəfdaşlığımızın yenidən qurulmasına nikbin baxırıq"
- Prezident: "Qarabağda olan münaqişə tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir"
- Prezident: "Biz qlobal nizamı olduqca düzgün qiymətləndirirdik"
- Prezident: "Biz növbəti hərbi qarşıdurmanı istisna edəcək təhlükəsizlik mexanizmləri yaratmalıyıq"
- Prezident: "Azərbaycanın gələcəyini öz resursları hesabına qurması baxımından böyük təcrübəsi var"