"Altı ay əvvəl Prezident Trampla Vaşinqtonda tarixi görüş və bu Xartiyanın tərtib edilməsi ilə bağlı işçi qrupunun yaradılması ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar yaratmışdır".
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev ABŞ-nin vitse-Prezidenti Ceyms Devid Vens ilə mətbuata birgə bəyanatında səsləndirib.
Prezident: "Dünyanın ən güclü dövləti ilə strateji tərəfdaşlığın qurulması bizim üçün böyük şərəfdir"
"Bizim üçün böyük şərəfdir ki, strateji tərəfdaşlığımızı dünyanın ən güclü dövləti olan Amerika Birləşmiş ştatları ilə qururuq", - deyə dövlətimizin başçısı əlavə edib.