"Əminəm ki, "Exxon" və SOCAR arasında əməkdaşlığa dair Anlaşma Memorandumu əhəmiyyətli layihə ilə nəticələnəcək".
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda jurnalistlərə müsahibəsində bildirib.
Azərbaycanda neftlə bağlı böyük resursların açılması ehtimalını qeyd edən dövlətimizin başçısı "Exxon"un ölkəmizdə böyük təcrübəsinin olduğunu vurğulayaraq bildirib: "Biz bu layihənin gələcəyinə inanırıq. İnanmasaydıq, imzalanma mərasimində iştirak etməzdik".
Prezident: "Exxon"un ölkəmizdə böyük təcrübəsi var"