Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Prezident Hasan Şeyx Mahmud: "Biz Azərbaycanın qazandığı təcrübəni bölüşmək istərdik"
"Biz Azərbaycanın qazandığı təcrübəni bölüşmək istərdik və Sizin praktik təcrübənizi öyrənməyə hazırıq".
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Somali Prezidenti Hasan Şeyx Mahmud Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında deyib.
Somalinin çətin dövrdən çox parlaq gələcəyə keçid edən, zəngin resurslara və böyük potensiala malik ölkə olduğunu vurğulayan prezident bildirib ki, şərait inkişaf etməyə imkan verməyib.
"Azərbaycan kimi yaxşı tərəfdaşlarla ölkəmizin potensialı üzə çıxacaq və o, proqnozlaşdırılabilən olacaq. Azərbaycandan öyrənə biləcəyimiz digər əsas sahələr proqnozlaşdırılabilən siyasət və proqnozlaşdırılabilən inkişaf siyasətidir", - deyə o əlavə edib.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Tokayev bir sıra dövlət başçılarını Novruz bayramı münasibətilə təbrik edib
- Vladimir Putin İlham Əliyevə təbrik məktubu göndərib
- Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi təbrik edib
- Putin MDB-dən olan həmkarlarına və Pezeşkiana Novruz təbriki ünvanlayıb
- "Haber Global": "Mərhum Prezident Heydər Əliyevin vəsiyyəti yerinə yetirildi"