Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Prezident: “Heç vaxt Azərbaycan Respublikasının ərazi bütövlüyü sual məsələsi deyildi”
“Azərbaycan öz ərazilərinin böyük hissəsini hərbi və sülh yolu ilə qaytarıb. Əsas məqsədimiz həmin ərazilərin bərpa edilməsi, sabiq qaçqın və məcburi köçkünlərin öz yurd-yuvalarına qaytarılması, orada normal şəraitin təmin edilməsidir”.
Oxu.Az-ın məlumatına görə, bunu mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyev bildirib.
Onun sözlərinə görə, hər şey vəziyyətdən, strateji planlardan asılıdır:
“Biz illərdir ki, torpaqlarımızın işğaldan azad edilməsi yolu ilə gedirdik. Mənim iştirak etdiyim dövrlər haqqında danışsaq müxtəlif mərhələlər olub. Elə vaxtlar olub ki, ümidlərimiz böyük idi. Elə bilirdik ki, biz artıq bu prinsipləri razılaşdıracağıq, amma olmadı. Ermənistan tərəfindən bu məsələ çox təhrif olunur. Heç vaxt Azərbaycan Respublikasının ərazi bütövlüyü sual məsələsi deyildi. Azərbaycanın bütün ərazilərinin qaytarılması mənim prinsipial mövqeyim idi.
Danışıqlar prosesi ona görə gedirdi ki, Ermənistan tərəfi bununla razılaşırdı. Artıq görəndə ki, tunelin sonunda işıq görünür, o zaman təxribata əl atırdılar”.
İ.Əliyev bildirib ki, Xankəndi və digər yerlərdə yaşayan erməni əhalisinin inteqrasiyası qaçılmaz prosesdir:
“Bunun tarixi perspektivini anlamaq lazımdır. O vaxtı Ermənistan rəhbərliyi hərbi, iqtisadi demoqrafik güclərin balansını düzgün qiymətləndirsəydi, doğru qərar verərdi. Bizim gücümüz daha da artacaq. Ermənistan Türkiyə, Azərbaycanla əməkdaşlıq etməsə, yalnız zəifləyəcək. Başqa yolu yoxdur. Onlar indi Arsax dövləti haqqında danışırlar. Belə bir dövlət olmayıb və olmayacaq. Belə ağılsız fikirlərdən uzaqlaşmaq lazımdır”.
"Ermənistan" teqi üzrə xəbərlər
- İrəvan Ermənistanın Rusiyaya olan borcunun bir hissəsinin silinməsini müzakirə edir
- İranlı nazir: "İrəvandakı Göy Məscidi bərpa etməyə hazırıq"
- Nikol Paşinyandan etiraf: "Mən böyük səhv etdim"
- Ermənistan Ukraynaya ordu göndərir?
- Ermənistan Yunanıstan və Kiprlə müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb