Prezident İlham Əliyev Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun təltif edilməsi haqqında sərəncam imzalayıb.
Oxu.Az xəbər verir ki, sərəncamla Eyvaz Mövsüm oğlu Hüseynov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qeyd edək ki, fevralın 15-də Eyvaz Hüseynovun 60 yaşı tamam olur.
