Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Prezident İlham Əliyev Davosda İraq Kürdüstan regionunun baş naziri ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzani ilə görüşüb.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Məsrur Bərzani İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzaninin salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Neçirvan Bərzaniyə çatdırmağı xahiş edib.
Məsrur Bərzani vurğulayıb ki, İraq Kürdüstan Regionunun başçısı Azərbaycana səfərlərindən, o cümlədən COP zamanı ölkəmizə gəlməsindən çox məmnundur.
Söhbət zamanı Azərbaycan ilə İraq Kürdüstan Regionu arasında iqtisadi, ticari, mədəni, humanitar əlaqələrin inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılıb. Biznes dairələrinin qarşılıqlı səfərlərinin təşkilinin, onların arasında birbaşa təmasların yaradılmasının və biznes-forumların keçirilməsinin vacibliyi qeyd olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında İraq Kürdüstan regionunun Baş naziri Məsrur Bərzani ilə görüşüb.
Oxu.Az bu barədə AZƏRTAC-a istinadən xəbər verir.
"İlham Əliyev Davosda" teqi üzrə xəbərlər
- Azərbaycan Prezidenti Çin telekanalına müsahibəsində liderliklə bağlı fikirlərini bölüşdü
- Prezident İlham Əliyev Davosdakı müsahibəsi ilə bağlı paylaşım edib
- Prezident İlham Əliyev Davosda Xorvatiyanın baş naziri ilə görüşüb
- Azərbaycan AYİB ilə Gəncədə su təchizatı və kanalizasiya xidmətinin inkişafına dair saziş imzalayıb
- Prezident İlham Əliyev Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb