Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Prezident İlham Əliyev: “İtkin düşmüş şəxslər məsələsi Azərbaycanın üzləşdiyi ən ağır problemlərdən biridir”
“İtkin düşmüş şəxslər məsələsi Azərbaycanın üzləşdiyi ən ağır problemlərdən biridir. Birinci Qarabağ müharibəsi zamanı Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində 3 890 vətəndaşımız itkin düşüb. İtkin düşmüş şəxslərin ümumi sayından 872 nəfərin əsir-girov götürülməsi və ya vaxtilə işğal altında olmuş ərazilərdə qalmasına dair təkzibedilməz məlumatlar mövcuddur”.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 18-də Bakıda keçirilən “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfransın iştirakçılarına ünvanladığı məktubunda bildirilib.
Qeyd edilib ki, etibarlı məlumatlara əsasən, itkin düşmüş şəxslər Ermənistan tərəfindən işgəncələrə məruz qalıb, qətlə yetirilib və Azərbaycanın əvvəllər işğal olunmuş ərazilərində kütləvi məzarlıqlarda basdırılıblar.
“İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi məsələsi daim Azərbaycan dövlətinin diqqət mərkəzində olub. 1993-cü ildə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası yaradılıb və bu illər ərzində səmərəli fəaliyyət göstərib”, - deyə məktubda vurğulanıb.
"Qarabağ" teqi üzrə xəbərlər
- Qarabağ xanlığının şərq qapısı - Əsgəran qalasından görüntülər
- Qarabağ və Şərqi Zəngəzurun bir ili: 2024-də əldə edilən uğurlar
- DİN vətəndaşlara müraciət ÜNVANLADI
- Zaxarova: "Qarabağda Azərbaycan bayrağı dalğalanır"
- Paşinyan: "Danışıqların ancaq bir nəticəsi ola bilərdi - Qarabağın Azərbaycana qaytarılması"