Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Prezident İlham Əliyev milli bayram münasibətilə nikaraqualı həmkarını təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nikaraqua Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Prezident Daniel Orteqa Saavedraya təbrik məktubu ünvanlayıb.
President.az xəbər verir ki, məktubunda Nikaraqua Prezidentini və onun simasında bütün xalqını şəxsən öz adından və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edən dövlətimizin başçısı bildirib: "İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Nikaraqua arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi və əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik".
Prezident İlham Əliyev bu bayram günündə Daniel Orteqa Saavedraya möhkəm cansağlığı, xoşbəxtlik, işlərində müvəffəqiyyətlər, dost Nikaraqua xalqına daim əmin-amanlıq və rifah arzulayıb.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Heydər Əliyev Mərkəzində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
- İtaliyalı parlamentarilər: "Xocalı soyqırımı ilə bağlı dezinformasiyalar qəbuledilməzdir"
- Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifə Leyla Əliyeva və Arzu Əliyevanı qəbul edib
- Prezident İlham Əliyev Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
- Azərbaycandakı dini konfessiyaların rəhbərlərindən dünya ictimaiyyətinə MÜRACİƏT