Özbəkistanın paytaxtı Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyevin dövlət səfərinə hazırlıq işləri aparılır.
Oxu.Az xəbər verir ki, hava limanının ərazisi Azərbaycan və Özbəkistanın dövlət bayraqları ilə bəzədilib, Prezident İlham Əliyevin dövlət səfəri ilə əlaqədar qarşılanma mərasimi üçün zəruri təşkilati işlər həyata keçirilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində yüksəksəviyyəli görüşlərin keçirilməsi nəzərdə tutulur.
Avqustun 23-də Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başlayır.
Oxu.Az xəbər verir ki, Prezidentin dövlət səfərini işıqlandırmaq üçün Azərbaycanın media nümayəndələri Özbəkistana yola düşüblər.
Daha ətraflı Baku TV-nin videomaterialında: