Əmlak Məsələləri Dövlət Komitəsinin keçmiş sədri Kərəm Həsənova vəzifə verilib.
Oxu.Az-ın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncamla Kərəm Həsənov Prezidentin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri təyin edilib.
Qeyd edək ki, Prezident İlham Əliyev bundan əvvəl Eldar Nuriyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Aqşin Kərimov