Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 7-də Namibiya Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Klemens Xanduukeme Kaşuupulvanın etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir Klemens Xanduukeme Kaşuupulva etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Prezident İlham Əliyev səfirlə söhbət edib.
Dövlətimizin başçısı bildirib ki, Namibiya ilə Azərbaycan arasında müxtəlif sahələrdə əlaqələrin intensivləşdirilməsi üçün imkanlar mövcuddur. Azərbaycan Prezidenti qeyd edib ki, siyasi sahədəki əlaqələrimizə uyğun olaraq iqtisadi, ticari və digər sahələrdə də əməkdaşlığımızın genişləndirilməsi imkanlarına baxılmalıdır.
Prezident İlham Əliyev Qoşulmama Hərəkatının 2019-cu ildə Azərbaycanda keçirilmiş Zirvə Görüşündə Namibiyanın dövlət başçısının iştirakını məmnunluqla xatırlayıb. Həmçinin Qoşulmama Hərəkatının sədri kimi Azərbaycana Namibiyanın göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
Dövlətimizin başçısı BMT Təhlükəsizlik Şurasında islahatlar prosesi çərçivəsində Qoşulmama Hərəkatına sədr dövlətin Təhlükəsizlik Şurasında daimi üzv kimi rotasiya qaydasında təmsil olunması mexanizminin nəzərdən keçirilməsinin Azərbaycanın təşəbbüsü olduğunu vurğulayıb. Bu xüsusda Qoşulmama Hərəkatına üzv dövlətlər arasında məsləhətləşmələrin aparılmasının vacibliyini bildirib, bu cür yanaşmanın daha ədalətli olacağını qeyd edib.
Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatının üzvü olaraq bu təşkilatın təsisatlanması istiqamətində işlər apardığını vurğulayıb. Gələn ay Azərbaycanın Qoşulmama Hərəkatının Təmas Qrupu çərçivəsində Zirvə Görüşünə ev sahibliyi edəcəyini deyib.
Səfir Namibiya Prezidenti Haqe Qotfrid Qeynqobun salamlarını dövlətimizin başçısına çatdırıb. Qeyd edib ki, Namibiya dövlətinin başçısı 2019-cu ildə Zirvə Görüşü zamanı Azərbaycana səfərini məmnunluqla xatırlayır.
Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Namibiyanın Prezidentinə çatdırmağı xahiş edib.
Etimadnaməsini Azərbaycan Prezidentinə təqdim etməkdən məmnunluq duyduğunu deyən səfir ölkələrimiz arasında əməkdaşlığın, dostluğun və qarşılıqlı dəstəyin daha da inkişafı üçün bundan sonra da səylərini davam etdirəcəyini vurğulayıb.
Klemens Xanduukeme Kaşuupulva öz növbəsində iqtisadi-ticarət əlaqələrinin, mədən sənayesi və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu diqqətə çatdırıb.
Söhbət zamanı ölkələrimiz arasında ikitərəfli əlaqələrə toxunulub, təhsil sahəsində əməkdaşlığın vacibliyi vurğulanıb, Azərbaycanın Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına ayırdığı təhsil təqaüdləri çərçivəsində Namibiyadan da tələbələrin Azərbaycanda təhsil aldığı qeyd edilib.
11:38
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 7-də Namibiya Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Klemens Xanduukeme Kaşuupulvanın etimadnaməsini qəbul edib.
Bu barədə AZƏRTAC məlumat yayıb.
Prezident Namibiyanın ölkəmizdə yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB + FOTO/VİDEO