Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Prezident ödənişli avtomagistrallarla bağlı yeni cərimələri TƏSDİQLƏDİ
Ödənişli avtomagistrallardan istifadə qaydalarının pozulması ilə bağlı yeni cərimələr qüvvəyə minib.
President.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı qanunla İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərdə öz əksini tapıb.
Dəyişikliklə, Məcəlləyə 352-1-ci maddə əlavə edilir:
"Maddə 352-1. Ödənişli avtomagistrallardan istifadə qaydalarının pozulması
352-1.1. Ödəniş məntəqələrindən keçmədən kənar yollardan (yerlərdən) istifadə etməklə, habelə ödənişsiz gediş hüququna malik istifadəçilər üçün müəyyən edilmiş xidməti keçid zolağından belə hüququ olmayan istifadəçilər tərəfindən ödənişli avtomagistrallara daxil olmağa və ya oradan çıxmağa görə - yüz əlli manat məbləğində cərimə edilir.
352-1.2. Buraxılış məntəqələrinin normal işinə mane olmağa, o cümlədən buraxılış məntəqələrində nəqliyyat vasitələrinin keçidini bağlamağa, gediş üçün maneəni özbaşına götürməyə (şlaqbaumu açmağa) görə - iki yüz manat məbləğində cərimə edilir".
"Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolu" teqi üzrə xəbərlər
- Ödənişli yoldan istifadə edənlər üçün YENİLİK
- Azərbaycandakı ödənişli yolda "sürətli keçid kartı"nın tətbiqinə başlanılıb
- Azərbaycanda ödənişli yoldan istifadə üçün xüsusi kartların satışına başlanılır
- AYNA rəsmisi: "Zəfər yolunda elektron tərəzinin quraşdırılmasına başlanılıb"
- Bakı-Quba yolunun ödənişli hissəsində xüsusi çip yerləşdirilmiş kartlardan istifadəyə başlanılır