Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Prezident: "Ölkələrin daxili işlərinə qarışmamaq siyasətimiz beynəlxalq arenada dəstəklənir"
"Təxminən 200 ölkəni bir araya gətirən İqlim konfransına ev sahibliyi etmək böyük çağırış, böyük məsuliyyət, eyni zamanda, böyük nailiyyət idi".
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Çinin CGTN telekanalına müsahibəsində söyləyib.
Azərbaycanın bundan əvvəl BMT Baş Assambleyasından sonra ikinci böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına 4 il ərzində uğurla sədrlik etdiyini xatırladan dövlətimizin başçısı bildirib:
"Bu onu göstərir ki, bizim dostluğa, əməkdaşlığa, heç bir ölkənin daxili işlərinə qarışmamağa əsaslanan siyasətimiz həqiqətən də beynəlxalq arenada dəstəklənir. Ona görə də biz belə qlobal, beynəlxalq bir tədbirə ev sahibliyi edə bilərik".
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin səlahiyyətləri genişləndirildi
- Prezident İlham Əliyev bir sıra hərbi qulluqçuları orden və medallarla təltif etdi
- Azərbaycan D-8-ə qoşuldu
- Prezident İlham Əliyev Nasir Əbdülkərim Əbdürrəhmanı təltif edib
- Prezident: "ABŞ ilə güclü tərəfdaşlığımızın yenidən qurulmasına nikbin baxırıq"