Rusiya Prezidenti Vladimir Putin Rusiya ilə Azərbaycan arasında humanitar əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Rusiya lideri bunu Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə bildirib.
"Sizin bu məsələyə diqqətiniz sayəsində humanitar əlaqələrimiz həmişə yüksək səviyyədə olub", - deyən Rusiya prezidenti Moskvanın da öz növbəsində bu dinamikanı saxlamaq üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb.