Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Prezident: "Şadam ki, artıq Suqovuşan kəndində də keçmiş köçkünlər yerləşirlər"
"Burada yaşamaq üçün bütün şərait var. Evlər çox gözəl, geniş, işıqlı evlərdir. Təbiət də təbii olaraq bu bölgəyə əlavə dəyər verir. Gözəl su anbarının yanında yaşamaq, əlbəttə ki, adamın zövqünü oxşayır. Ona görə burada yaxşı, rahat yaşamaq, işləmək üçün bütün imkanlar var və şadam ki, artıq Suqovuşan kəndində də keçmiş köçkünlər yerləşirlər".
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Ağdərənin Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində çıxışı zamanı söyləyib.
Suqovuşanın İkinci Qarabağ müharibəsinin ilk həftəsində işğalçılardan azad edildiyini xatırladan dövlətimizin başçısı deyib: "Bu, bizim birinci əhəmiyyətli uğurlarımızdan, hərbi qələbələrimizdən biri idi".

"İlham Əliyev" teqi üzrə xəbərlər
- Prezident İlham Əliyevin Çinə dövlət səfəri başa çatıb
- Türkmənistanın nüfuzlu informasiya portalı Prezident İlham Əliyevin Çinə səfərini işıqlandırıb
- Deputat: "Bəzi qüvvələr Azərbaycana qarşı hibrid təhdidlər yaratmağa başladılar"
- İlham Əliyev Pekində "China Energy Engineering Corporation Limited" şirkətinin sədri ilə görüşüb
- Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasında