Azərbaycan prezidenti İlham Əliyev Cənubi Koreyanın Kvanju şəhərində keçirilən Tələbələrin XXVIII Ümumdünya Yay Universiadasında Azərbaycan idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.
Oxu.Az-ın məlumatına görə, Universiadada yüksək nəticələr göstərmiş idmançılar və məşqçilər üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilib:
I yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat;
II yeri tutan hər bir idmançıya 30 min manat, onun məşqçisinə 15 min manat;
III yeri tutan hər bir idmançıya 20 min manat, onun məşqçisinə 10 min manat.