Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Prezident telekanallara müsahibəsində Yaxın Şərqdəki proseslərlə bağlı fikirlərini bölüşüb
Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Yaxın Şərqdəki proseslərlə bağlı fikirlərini bölüşüb.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bildirib:
"Biz çox şadıq ki, Suriyada dəyişikliklər baş verdi və bu münasibətlə Türkiyə ilə Suriyanın yeni hökuməti arasında mövcud olan əlaqələr, əlbəttə ki, bizi də çox sevindirir. Çünki Suriya Türkiyə ilə həmsərhəd olan ölkədir və hər bir ölkə öz sərhədlərinin kənarında vəziyyəti sabit görmək istəyir".
Prezident vurğulayıb ki, Türkiyənin bütün digər sərhədlərində də terrorçuluğa yer olmamalıdır. "Biz də Türkiyənin müttəfiqi kimi hər zaman istənilən formada onların yanındayıq və bunu Türkiyə tərəfi bilir", - deyə dövlətimizin başçısı əlavə edib.
Azərbaycan Prezidenti, eyni zamanda, İsrail-Fələstin məsələsində də mövqeyimizin dəyişməz olaraq qaldığını söyləyib.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Rəcəb Tayyib Ərdoğan Prezidenti İlham Əliyevə zəng edib
- Qırğızıstan mediası Azərbaycan Prezidentinin yerli telekanallara müsahibəsini işıqlandırıb
- Azərbaycan hansı kritik addımları atacaq? - BAKU AKTUAL
- Prezident İlham Əliyevə başsağlığı məktubları gəlməkdə davam edir
- Azərbaycanla İran arasında hökumətlərarası komissiyanın növbəti iclası keçiriləcək