"Ulu öndərin bütün həyatı, bütün fəaliyyəti Azərbaycan xalqına, dövlətinə həsr edilmişdir və bugünkü Azərbaycan onun əsəridir".
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Ağdam Muğam Mərkəzinin açılışında çıxışı zamanı deyib.
Dövlətimizin başçısı qeyd edib ki, məhz ulu öndərin 1993-cü ildə Azərbaycan rəhbərliyinə gəlməsindən sonra ölkəmiz inkişaf yoluna qədəm qoyub.