Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Prezident Xankəndidə "Bulud" hotelində aparılan təmir-bərpa işləri ilə tanış olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Xankəndi şəhərində "Bulud" hotelində aparılan təmir-bərpa işləri ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, Prezidentin İşlər müdiri Ramin Quluzadə dövlətimizin başçısına hoteldə yaradılacaq şərait barədə məlumat verdi.
Bildirildi ki, ümumi sahəsi 5 min kvadratmetrə yaxın olan hotel beş mərtəbə və zirzəmi qatından ibarətdir. Hoteldə müxtəlif tipli 44 otaq olacaq. Burada ən müasir iaşə məkanları - "lobby lounge", kafe, açıq və qapalı restoranlar da fəaliyyət göstərəcək.
"Xankəndi" Mehmanxana Kompleksinə aid olan "Bulud" hotelində 50 nəfərdən çox işçinin fəaliyyət göstərməsi nəzərdə tutulub.
Xankəndinin mərkəzində yerləşən "Bulud" hotelindən açılan gözəl mənzərə qonaqların zövqünü oxşayacaq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Xankəndi şəhərində "Bulud" hotelində aparılan təmir-bərpa işləri ilə tanış olub.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
"İlham Əliyevin Qarabağ səfəri" teqi üzrə xəbərlər
- Deputat: "2003-cü ilin 15 oktyabrı olmasa idi, 2023-cü ilin 15 oktyabr hadisəsi də olmayacaqdı"
- İlham Əliyev Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edib
- İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb
- Prezident: "Gənclərimiz heç kimin təsiri altına düşməməli, vədlərə aldanmamalıdırlar"
- Prezident: "İşğaldan, müstəmləkəçilikdən əziyyət çəkənlərə göstərdik ki, inamla yaşamaq lazımdır"