Ədliyyə Nazirliyinin Probasiya xidməti nazirlikdə baş idarə səlahiyyətli olacaq.
Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı “Ədliyyə orqanlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” fərmanında əksini tapıb.
Nazirlər Kabinetinə Ədliyyə Nazirliyinin Probasiya xidmətinin kadr korpusunun formalaşdırılması məqsədi ilə Ədliyyə Nazirliyinin işçilərinin ümumi say həddini 65 ştat vahidi artırmaq, Ədliyyə Nazirliyinin Probasiya xidmətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı zəruri tədbirlər görmək tapşırılıb.
S.B.
www.oxu.az