Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Prokurorluq orqanlarında çalışan şəxslərin pensiya yaşı dəyişdirilir
Prokurorluq orqanlarında çalışan şəxslərin pensiyaya çıxma yaşı 65-ə qədər artırılır.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bununla bağlı "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Qanuna dəyişiklik təklif olunur.
Sənəd Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə edilib.
Bildirilib ki, qanun layihəsi prokurorluq orqanlarında qulluq keçmənin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Dəyişikliyin əsas məqsədi uzunmüddətli təcrübəyə malik prokurorluq işçilərinin prokurorluq orqanlarında fəaliyyətini davam etdirməsinə şərait yaradaraq prokurorluq orqanlarının səmərəliyinin artırılmasıdır.
Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, həmin şəxslərin pensiya yaşı 60-a qədər idi.
"Milli Məclis" teqi üzrə xəbərlər
- MM: "Belçika Nümayəndələr Palatasının qəbul etdiyi qətnamədə irəli sürülən ittihamları rədd edirik"
- Deputat: "Azərbaycanın apardığı müstəqil siyasət İranda bəzi dairələri narahat edir"
- Deputat: "Suriya rəhbərinin Azərbaycana səfəri, əməkdaşlıq təklifləri İrana qarşı deyil"
- İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Şuşada Bülbülün ev-muzeyində olublar
- Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb