Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Putin Azərbaycandan keçən yüklərdən DANIŞDI
"Şimal-Cənub marşrutu ilə yüklərin çatdırılması Sankt-Peterburqdan Fars körfəzi ölkələrinə daşıma müddətini 10 gün azaldacaq".
Bu fikri iyunun 5-də Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşdə AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyevin sualını cavablandırarkən bildirib.
"Şimal-Cənub marşrutuna gəlincə, o, çox yaxşı və tələb olunan beynəlxalq dəhlizə çevrilə bilər. Buradan yüklər birbaşa Sankt-Peterburq limanından Rusiyanın bütün Avropa hissəsindən keçərək Azərbaycana, oradan İrana və Fars körfəzi sahillərinə çıxacaq. Bu, Süveyş kanalından demək olar ki, 10 gün tezdir", - deyə o bildirib.

Mənbə: TASS
"Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi" teqi üzrə xəbərlər
- İlham Əliyev Rusiya ilə vacib sazişi TƏSDİQLƏDİ
- Zaxarova: "Rusiya, Azərbaycan və İran "Şimal-Cənub" dəhlizini inkişaf etdirir"
- Azərbaycan və İran "Şimal-Cənub" dəhlizi çərçivəsində əməkdaşlığı gücləndirirlər
- Pezeşkian: "İran Rəşt-Astara marşrutunun tikintisini prioritet hesab edir"
- Rusiya Şimal-Cənub dəhlizi ilə daşımalara dair sazişi dəstəkləyib