Rusiyanın Novqorod vilayətinin 10-cu iclasında siyasətçilər və ictimai xadimlərin iştirakı ilə "Valday" beynəlxalq diskussiya klubunun 10-cu iclası keçirilir.
Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin öz çıxışında hazırda Avropada cinsi azlıqlara qarşı olan "səmimi" münasibətə işarə vurub.
O, dostu hesab edilən İtaliyanın keçmiş baş naziri, hazırda qadınlarla intim münasibətlərinə görə məhkəməsi keçirilən Silvio Berluskoni ilə bağlı fikir səsləndirib.
Bu zaman Rusiyanın dövlət başçısı Qərbin ölkəsində "maviliyin" təbliğinə qarşı qəbul edilmiş qanuna münasibətinə də işarə vurub
"Berluskoni qadınlarla yatdığı üçün mühakimə olunur. Əgər o homoseksual ("mavi" - red.) olsaydı, ona heç barmaqlarının ucu ilə də toxunmazdılar" - deyə, Putin bildirib.