Rusiya XİN rəhbəri Sergey Lavrovun Azərbaycan prezidenti İlham Əliyev ilə görüşü zamanı diplomat Azərbaycan başçısına, Vladimir Putinin onu Rusiyaya səfərə çağırdığını xatırladıb,
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.
“O, yeri gəlmişkən sizə ən səmimi salamlarını çatdırır və sizin Rusiyaya dəvətli olduğunuzu xatırladır”, - nazir deyib.
Qeyd edək ki, aprelin 7-də Bakıda Rusiya, İran və Azərbaycanın XİN rəhbərlərinin üçtərəfli görüşləri çərçivəsində İlham Əliyevin Sergey Lavrov ilə görüşü baş tutub.