Yeni silah sistemlərinin yaradılmasından əvvəl xarici tərəfdaşlardan heç biri Rusiya ilə danışıqlar aparmaq istəmirdi.
Oxu.Az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin ölkəsinin Federal Məclisinə müraciətində bildirib:
“İqtisadiyyatda, maliyyədə, müdafiə sənayesində, orduda qarşılaşdığımız problemlərə baxmayaraq, Rusiya hələ də ən böyük nüvə enerjisi ölkəsi olaraq qalıb.
Unutmayın ki, heç kim bizimlə danışmaq istəmirdi. Heç kim bizə qulaq asmırdı. İndi isə qulaq asın”, - deyə Putin qeyd edib.