Rusiya prezidenti Vladimir Putin bu gün Kremldə Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubova dövlət mükafatını – “Dostluq” ordenini təqdim edib.
Oxu.Az xəbər verir ki, bu barədə Kremlin rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Yaqub Eyyubov iki ölkə arasında dostluq münasibətlərinin inkişafında göstərdiyi xidmətlərə görə mükafatlandırılıb.