Rusiyanın “Neva Today” nəşri bu ölkənin “Rossiya” aviaşirkətinin Bakıya uçuşları bərpa etmək niyyətində olması barədə yazıb.
Qeyd olunur ki, Sankt-Peterburqun “Pulkovo" hava limanından Bakıya uçuşları “Rossiya”, geriyə isə AZAL həyata keçirəcək.
Məsələ ilə bağlı Oxu.Az-a danışan “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib ki, “Rossiya” Azərbaycana uçuşlara icazə ilə bağlı Rusiya Mülki Aviasiya Administrasiyasından icazə alıb.
“Növbəti mərhələdə isə danışıqlar aparılmalıdır. Lakin bu məsələ AZAL ilə danışıqlar mərhələsinə gəlib çatmayıb. Bu mərhələ, yəni danışıqlar mərhələsi də başa çatdıqdan sonra bu barədə ətraflı məlumat veriləcək”, - deyə P.Kəsəmənski bildirib.
Ülviyyə R. Əli
www.oxu.az