Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Qambiya prezidenti İlham Əliyevə məktub göndərdi
Qambiya Respublikasının Prezidenti Adama Barrou Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
President.az xəbər verir ki, məktubda deyilir:
"Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimizi çatdırıram. Xalqınızın şücaətini, qətiyyətini və gücünü təcəssüm etdirən bu əlamətdar gün ölkənizin tarixində önəmli bir mərhələdir.
Azərbaycanın keçdiyi müstəqillik yolunu xatırlayarkən, dünya bu illər ərzində əldə etdiyiniz nailiyyətləri və irəliləyişləri yüksək qiymətləndirir.
Xalqlarımız arasında münasibətlər qarşılıqlı hörmət, əməkdaşlıq və ortaq dəyərlər əsasında qurulub.
Biz Azərbaycanın regionda və onun hüdudlarından kənarda sülhün, sabitliyin və rifahın təşviqi istiqamətində göstərdiyi səyləri təqdir edirik.
Bu əlamətdar günü qeyd edərkən, Azərbaycanı onun bütün vətəndaşları üçün daha parlaq və firavan gələcəyə aparan fəaliyyətinizdə müstəqillik ruhunun Sizi həmişə ilhamlandırmasını arzulayıram.
Sizi bir daha bu bayram münasibətilə təbrik edirəm.
Qarşıdan gələn illərdə Sizə və Azərbaycan xalqına sevinc dolu bayramlar və davamlı uğurlar diləyirəm.
Zati-aliləri, Sizə ən yüksək qardaşlıq ehtiramlarımı çatdırıram".
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Prezident: "Pakistanla birgə istehsal müəssisələri məsələsi üzərində işləyirik"
- Bakıda Azərbaycan-Pakistan biznes forumu keçirilib
- Deputat: "Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı ilə bəşər tarixində bir vəhşilik aktıdır"
- Şahbaz Şərif: "Azərbaycanla dostluğumuz, siyasi anlaşmamız və vəhdətimiz əfsanəvi olub"
- Azərbaycan Prezidenti: "Pakistan bizim üçün ən yaxın dost və qardaşlardan biridir"