Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Qarabağ və Şərqi Zəngəzura ayrılmış vəsaitin məbləği AÇIQLANDI
"2020-ci ildən başlayaraq 2024-cü il də daxil olmaqla dövlət büdcəsindən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq məqsədləri üçün 17.5 milyard manata yaxın vəsait ayrılıb".
Oxu.Az Nazirlər Kabinetinə (NK) istinadən xəbər verir ki, bunu Baş nazir Əli Əsədov dövlət və icmal büdcələrinin layihələri ilə bağlı müzakirələrdə bildirib.
"Gələn il isə Qarabağ və Şərqi Zəngəzura 4 milyard manat vəsait ayrılması nəzərdə tutulur. Sevindirici haldır ki, Vətən müharibəsindən sonra Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə köçürülməsi prosesi davamlı şəkildə həyata keçirilir", - o qeyd edib.
"Əli Əsədov" teqi üzrə xəbərlər
- Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
- Daşkənddə Azərbaycan və Özbəkistan Baş nazirlərinin görüşü keçirilib
- Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Baş nazir Əli Əsədovu qəbul edib
- Əli Əsədov Özbəkistanda səfərdədir
- "Bələdiyyələrlə iş" informasiya sistemi haqqında Əsasnamə təsdiqlənib