Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Qarabağdakı peşə məktəblərində oxuyanların təhsil haqqını dövlət ödəyəcək
Qarabağdakı peşə məktəblərində oxuyanların təhsil haqqını dövlət ödəyəcək.
Oxu.Az President.az-a istinadə xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Təhsil haqqında" və "Peşə təhsili haqqında" qanunlara dəyişikliyi təsdiqləyib.
Belə ki, təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilən şəxslər sırasına işğaldan azad edilən ərazilərdə məskunlaşan və 2025/2026, 2026/2027, 2027/2028-ci tədris illərində dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinə qəbul olunmuş, habelə həmin təhsil müəssisələrində təhsil almaqda olan şəxslər də daxil edilib.
Qanun sentyabrın 15-dən qüvvəyə minəcək.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Mehriban Əliyeva "Sea Breeze"də həyata keçirilən layihələrlə tanışlıq barədə video paylaşıb
- İlham Əliyev və Mehriban Əliyeva "Sea Breeze" ərazisində həyata keçirilən layihələrlə tanış olublar
- Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib
- İlham Əliyev Mövlud Çavuşoğluya başsağlığı verib
- Türkiyənin xalq ozanı Esat Kabaklı: "Şuşaya dəvət etsələr, qaça-qaça gələrəm"