Qarabağda Azərbaycan Ordusu tərəfindən məhv edilmiş separatçı rejimdən qalan tör-töküntülər əski parçasının "günü"nü İranda təntənəli şəkildə bayram ediblər.
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib.
Bildirilir ki, iyunun 6-da İsfahan şəhərində keçirilən tədbir sosial şəbəkələrdə geniş müzakirə mövzusu olub.
Qeyd olunub ki, İranın belə tədbirlərə səssiz qalması və ya dolayı dəstək göstərməsi Tehran rejiminin xarici siyasətində ikili standartlardan çıxış etməsinin növbəti təzahürüdür.
Bu hadisə həm də İranın daxilində yaşayan azərbaycanlıların haqlı etirazlarına və narahatlığına səbəb olub.
Digər tərəfdən, bu cür tədbirlər Ermənistanla münasibətləri möhkəmləndirmək və bölgədəki təsirini artırmaq cəhdi kimi də qiymətləndirilir.