Qarabağın üç rayonunda sülhməramlıların postları ləğv edilib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi (MN) məlumat yayıb.
“Qarabağda tərəflərin keçmiş təmas xətti boyunca sülhməramlıların müvəqqəti müşahidə məntəqələri yığışdırılıb” - nazirlikdən bildirilib.
Məlumatda o da bildirilir ki, Rusiya sülhməramlı kontingenti Qarabağ ərazisində tapşırıqları yerinə yetirməkdə davam edir.
Qeyd edək ki, ləğv edilən postlar Qarabağın Əsgəran, Ağdərə və Şuşa rayonlarında fəaliyyət göstərib.
Mənbə: TASS