"Hind Su Müqaviləsinin Hindistan tərəfindən dayandırılması qeyri-qanunidir və yeni eskalasiyaya yol açır".
Bunu Pakistanın Azərbaycandakı səfiri Qasim Mohiuddin keçirdiyi mətbuat konfransında Oxu.Az-ın sualına cavabında deyib.
O bildirib ki, müqaviləyə Dünya Bankı zəmanət versə də, Hindistan buna məhəl qoymayıb:
"Necə ola bilər ki, bir ölkənin əsas hüququnu, su müqaviləsini ləğv etməklə onun əsas hüquqlarından birini pozasan? Bu, mümkün deyil, Pakistan buna göz yuma bilməz. Çünki bu, insanlığa qarşı cinayətdir. Hindistan bununla 240 milyon insanın həyatını təhdid edir".
"Biz dialoqa və sülhə hazırıq. Amma günah onlarındır", - səfir əlavə edib
Mərahim Nəsib