Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Qazaxıstan XİN Bakı və İrəvan arasındakı sülh danışıqlarına dair bəyanat yayıb
Qazaxıstan Azərbaycan və Ermənistanın sülh sazişinin mətni üzrə danışıqların başa çatması ilə bağlı bəyanatlarını alqışlayır.
Oxu.Az "Sputnik Qazaxıstan"a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda bildirilib.
"Əminik ki, əldə edilmiş razılaşmalar və bu tarixi sənədin imzalanması Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşması, həmçinin bütün Cənubi Qafqaz regionunda sabitliyin, təhlükəsizliyin və rifahın təmin edilməsi yolunda mühüm addım olacaq", - bəyanatda qeyd olunub.
Nazirlikdən həmçinin bildirilib ki, Qazaxıstan möhkəm və uzunmüddətli sülhün təmin edilməsi üçün Bakı və İrəvan arasında konstruktiv dialoqun davam etdirilməsinə yönəlmiş səyləri dəstəkləyir.
"Qazaxıstan" teqi üzrə xəbərlər
- Qazaxıstan prezidenti Azərbaycanın xarici işlər nazirini qəbul edib
- Ceyhun Bayramov Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının baş direktoru ilə görüşüb
- Azərbaycan və Qazaxıstan XİN başçıları arasında geniş tərkibdə görüş keçirilib
- Astana AZAL-a məxsus təyyarə qəzasının tam araşdırılması üçün ICAO ilə əməkdaşlığı davam etdirəcək
- Qazaxıstanın baş naziri Heydər Əliyev Mərkəzində olub