Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Ayxan Abbasov: "Azərbaycanlı olaraq ölkənin ikinci komandasında çalışmaq şərəfdir"
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yeni baş məşqçisi Ayxan Abbasov açıqlama verib.
Oxu.Az xəbər verir ki, AFFA-nın saytına danışan mütəxəssis təyinatı ilə bağlı təəssüratlarını bildirib:
"Belə bir məsuliyyətli işi mənə etibar etdiyi üçün AFFA rəhbərliyinə təşəkkür edirəm. Bir azərbaycanlı olaraq ölkəmin ikinci komandasında işləmək şərəfdir. Görüləsi çox iş var. Bunun öhdəsindən gəlməyə çalışacağıq. Əsas məqsədlərimizdən biri yeni gənc oyunçuların üzə çıxarılması və əsas millimizə namizəd olmasıdır. İlk iş olaraq böyük seleksiya işi aparıb, qarşıdakı oyunlara hazırlaşacağıq".
Qeyd edək ki, U-21 millimizin yeni baş məşqçisi Ayxan Abbasovla müqavilənin müddəti ikiillik nəzərdə tutulub.
Aşağı yaş qruplarından ibarət futbol üzrə yığma komandaların baş məşqçilərinin adları bəlli olub.
Oxu.Az xəbər verir ki, AFFA U-17 millisini Aqil Nəbiyevə tapşırıb. A.Nəbiyev U-17 yığmasını Belarusa turnirə aparacaq.
18 yaşadək futbolçulardan ibarət seçməni İlham Yadullayev çalışdıracaq.
U-19 millisinin də baş məşqçisinin adı bəllidir. Belə ki, Elxan Abdullayev yığmaya rəhbərlik edəcək. U-19 Qəbələdə toplanışda iştirak edəcək və Moldova ilə iki matç keçirəcək.
Əsas milliyə daha yaxın olan və əsas baza hesab edilən U-21 yığması isə Ayxan Abbasova tapşırılıb.
Qeyd edək ki, mütəxəssislərin hər biri ilə 2025-ci ilin sonuna qədər müqavilə imzalanıb.
"Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA)" teqi üzrə xəbərlər
- Elçin Məmmədov AFFA İntizam Komitəsindən ayrıldı
- AFFA Premyer Liqaya yüksəlməyə namizəd komandalara bir il vaxt verdi
- AFFA heyətində yetərsay olmadığına görə komandaya texniki məğlubiyyət verdi
- Elvin Cəfərquliyev və Musa Qurbanlıya sanksiya tətbiq olunacaq
- AFFA yenidən "Turan Tovuz" klubunu cəzalandırdı